Matter və OpenADR əməkdaşlığı ağıllı evləri dəyişəcək
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, OpenADR və Matter standartları əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq gələcəkdə ağıllı ev cihazlarının birbaşa enerji şəbəkəsi ilə əlaqə qurmasına imkan verəcək. Yəni artıq evdəki bəzi cihazlar elektrik şəbəkəsindəki yüklənməni anlayaraq avtomatik şəkildə öz fəaliyyətini tənzimləyə biləcək.
Matter hazırda dünyada ən geniş yayılan ağıllı ev bağlantı standartlarından biridir. OpenADR isə enerji şəbəkələrinin istifadə etdiyi xüsusi kommunikasiya standartıdır. Bu iki texnologiyanın birləşməsi nəticəsində ağıllı cihazlar əlavə avadanlıq olmadan enerji sistemləri ilə “danışa” biləcək.
Bu texnologiyanın əsas məqsədi “demand response” adlanan enerji idarəetmə sistemini daha effektiv etməkdir. Bu sistem enerji istehsalını artırmaq əvəzinə, istifadəni real vaxtda optimallaşdırır. Məsələn, bəzi ölkələrdə istifadəçilər daha ucuz tarif qarşılığında enerji şirkətlərinə müəyyən saatlarda kondisionerin temperaturunu avtomatik azaltmağa icazə verirlər. Bu isə enerji şəbəkəsinin həddindən artıq yüklənməsinin qarşısını alır.
Hazırda bu imkan əsasən ağıllı termostatlarda mövcuddur. Yeni əməkdaşlıq sayəsində isə EV şarj cihazları, su qızdırıcıları, paltaryuyan və quruducu cihazlar, HVAC sistemləri kimi yüksək enerji sərf edən digər texnikalar da şəbəkə ilə birbaşa işləyə biləcək.
Paylaş
Bənzər xəbərlər