main-post-cover

    Media kontentlərlə çalışmaq üçün nəzərdə tutulmuş AOC U24P10R monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    16.08.2024
    Emil Nəcəfov
         AOC şirkəti müxtəlif media kontentlərlə çalışmaq üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru AOC U24P10R adlanır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 23.8 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 4 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4, USB-C, USB-A 3.2 Gen 1 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. AOC U24P10R artıq Çində satışa çıxıb və onun qiyməti 236$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    AOC Agon Pro AG276QZD2 gaming monitoru təqdim edilib - QİYMƏTİ
    aoc-agon-pro-ag276qzd2-gaming-monitoru-teqdim-edilib-qiymeti
    AOC 16T3EA adlı yeni portativ monitor təqdim edilib - QİYMƏTİ
    aoc-16t3ea-adli-yeni-portativ-monitor-teqdim-edilib-qiymeti
    AOC 27G10ZE gaming monitoru təqdim edilib - QİYMƏTİ
    aoc-27g10ze-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Ofis işləri üçün AOC U27B3CF monitoru təqdim edilib - QİYMƏTİ
    ofis-isleri-ucun-aoc-u27b3cf-monitoru-teqdim-edilib-qiymeti
    AOC Q27G3ZN gaming monitoru təqdim edilib - QİYMƏTİ
    aoc-q27g3zn-gaming-monitoru-teqdim-edilib-qiymeti