
Media kontentlərlə çalışmaq üçün nəzərdə tutulmuş HP 727pu monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
06.05.2024
Farid
HP şirkəti müxtəlif media kontentlərlə çalışmaq üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru HP 727pu adlanır. Beləliklə bu yeni monitor 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD keyfiyyətli 27 düym IPS Black ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir və o, sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 98%-ni əhatə edir. Ekranın istifadəçi əməliyyatlarına reaksiya müddəti 5 millisaniyə təşkil edir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4, Gbit-lik sürətə sahib Ethernet və USB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə isə digər cihazları da şarj etmək olar. Bunun üçün o, 100 vatt çıxış gücünə sahibdir. HP 727pu artıq satışa çıxıb və onun qiyməti 530$ təşkil edir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
