Logo
    main-post-cover

    Media kontentlərlə çalışmaq üçün nəzərdə tutulmuş ViewSonic VA2779-4K-HDU monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    27.05.2024
    Emil
         ViewSonic şirkəti media kontentlərlə çalışmaq üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru ViewSonic VA2779-4K-HDU adlanır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 27 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir və o, 1.07 milyard rəngi əks etdirmə imkanına sahibdir. Ekran üstəlik sRGB rəng diapazonunun 99%-ni əhatə edir və istifadəçi gözlərinin yorulmaması üçün göy işıq filtrini özündə birləşdirir. Monitor HDMI 2.0, DisplayPort 1.2, USB-C girişlərinə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş audiogirişə sahibdir. Üstəlik USB-C girişi vasitəsilə digər cihazları şarj etmək olar. Bunun üçün o, 65 vatt çıxış gücünə sahibdir. ViewSonic VA2779-4K-HDU artıq Çin bazarında 206$ qiymətində satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.
    Paylaş