
Media kontentlərlə çalışmaq üçün ViewSonic ColorPro VP2776T-4K monitoru təqdim edilib
Cihazlar+
13.09.2024
Emil
ViewSonic şirkəti ofis işləri və media kontentlərlə çalışmaq üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Yeni monitor ViewSonic ColorPro VP2776T-4K adlanır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və onun istifadəçi əməliyyatlarına reaksiya müddəti 5 millisaniyə təşkil edir.
Ekran sRGB rəng diapazonunun 134%-ni, Adobe RGB və DCI-P3 rəng diapazonlarının isə 99%-ni əhatə edir. Monitor özündə 3 vatt gücündə iki ədəd səsgücləndiricini, Thunderbolt 4, USB 3.2, USB 3.2 Type-C, Micro-USB, HDMI 2.1, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. ViewSonic ColorPro VP2776T-4K-nın nəz aman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.

Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
