Logo
    MediaTek 2 nm-lik Dimensity 9600 Pro flaqman çipini göstərib

    MediaTek 2 nm-lik Dimensity 9600 Pro flaqman çipini göstərib

    Cihazlar+
    16.09.2026
        “MediaTek” 2 nm texnoloji proseslə hazırlanan yeni flaqman “Dimensity 9600 Pro” çipini göstərib. “vivo” bu prosessorun qoyulduğu “X500 Pro” və “X500 Pro Max” smartfonlarını sentyabrın 21-də təqdim edəcək. Bunlar yeni çiplə çıxan ilk smartfonlar olacaq. “Oppo Find X10 Pro Max” 1 gün sonra - sentyabrın 22-də göstəriləcək.
    MediaTek 2 nm-lik Dimensity 9600 Pro flaqman çipini göstərib
        “vivo X500 Pro” seriyası 4K keyfiyyətdə saniyədə 120 kadr video çəkə biləcək. Telefonlarda rəngləri sonradan daha geniş düzəltmək üçün 10 bit Log formatı da olacaq. Görüntünü xarici qurğuya ötürmək də mümkün olacaq. Smartfonlarda təsvir və süni intellekt hesablamaları üçün ayrıca NPU 2.0 bloku qoyulacaq. Şirkətin məlumatına görə, bu sistem avtofokusu saniyədə 60 kadr sürətlə işlədəcək. “vivo”nun ayrıca görüntü çipi ilə 4K “Dolby Vision” portret videosu çəkmək də olacaq.
        “Oppo” “Find X10 Pro Max” modelinin yalnız Çin bazarı üçün hazırlanmadığını təsdiqləyib. Telefon beynəlxalq bazarlarda satışa çıxarılacaq və “Dimensity 9600 Pro” çipi ilə işləyən ilk qlobal flaqmanlardan biri olacaq. Satış ölkələri və qiymət hələ açıqlanmayıb. “Find X10” seriyası tam şəkildə sentyabrın 22-də təqdim olunacaq.
    MediaTek 2 nm-lik Dimensity 9600 Pro flaqman çipini göstərib
        “Dimensity 9600 Pro” çipindəki bütün nüvələr yüksək sürət üçün hazırlanıb. Prosessorda hər biri 4,55 GHz tezlikdə işləyən 2 “C2-Ultra” nüvəsi var. Bundan başqa, çipə daha 6 performans nüvəsi qoyulub. “MediaTek”in iddiasına görə, prosessorun ümumi sürəti 17% artıb. Hər nüvənin sürəti ayrıca idarə olunur. Bu yanaşma ağır işlər zamanı yüksək sürətlə enerji sərfiyyatı arasında tarazlıq yaratmalıdır.
        Qrafik işlərini “G2-Ultra NX” GPU-su görür. Çipdə işıq və kölgələri daha real göstərən şüa izləmə texnologiyası, həmçinin süni intellekt əsaslı qrafika funksiyaları var. Açıqlamaya görə, uzunmüddətli ağır yüklənmə zamanı qrafik performansı təxminən 27% yüksəlib. “Oppo”nun “Laminar Flow Engine” sistemi tətbiqlərin daha tez açılmasına kömək edəcək. Sürətlə fotolara baxarkən məzmun da daha axıcı yüklənəcək. Sistem enerji sərfiyyatını azaltmaq üçün də işləyəcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...