Logo
    main-post-cover

    MediaTek prosessorlu smartfonlar bundan sonra 4 illik Android dəstəyinə sahib olacaqlar

    Cihazlar+
    09.10.2023
    Emil
        Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyasını təqdim edən zaman bildirmişdi ki, Xiaomi 13T və 13T Pro modelləri 5 il ərzində software dəstəyinə sahib olacaqlar. Yəni sözügedən smartfonlar 4 il ərzində Android və əlavə 1 il ərzində təhlükəsizlik yenilənmələrini əldə edəcəklər. Bu cür bəyanat Xiaomi pərəstişkarlarını sözün yaxşı mənasında təəccübləndirmişdi. İndi isə məlum olub ki, sözügedən smartfonların 5 il ərzində software dəstəyini əldə etmələrində əsas səbəbkar MediaTek şirkəti olub. Belə ki, MediaTek şirkəti öz prosessorlarının software dəstəklərini genişləndirdiyi üçün Xiaomi də öz yeni smartfonlarının dəstək müddətlərini uzada bilib.
        Qeyd etmək lazımdır ki, Xiaomi 13T modeli Dimensity 8200 Ultra prosessoru, Xiaomi 13T Pro modeli isə Dimensity 9200+ prosessoru vasitəsilə çalışır. Bundan sonra MediaTek öz partnyorlarına 4 illik Android yenilənməsi imkanına zəmanət verir. Qeyd etmək lazımdır ki, daha əvvəllər MediaTek prosessorlu smartfonlar yalnız 2 il ərzində Android yenilənməsi əldə edirdilər. İndi isə şirkət bu məsələdə Qualcomm-u qabaqlayıb. Belə ki, Qualcomm öz prosessorları vasitəsilə çalışan smartfonlar üçün yalnız 3-4 illik Android yenilənməsinə zəmanət verir.
    Paylaş
    Bənzər xəbərlər