Məşhur analitik 2023-cü il iPhone modellərində olacaq dəyişikliklərdən xəbər verib

Məşhur analitik 2023-cü il iPhone modellərində olacaq dəyişikliklərdən xəbər verib

Mobil Cihazlar
14.04.2021 PAYLAŞIM

    Bu il təqdim olunacaq iPhone 13 barəsində məlumatların ortaya çıxmaqda davam etdiyi bir vaxtda məşhur analitik Ming-Chi Kuo gələcək iPhone modellərində olacaq dəyişiklikləri özündə əks etdirən yeni hesabatı təqdim edib. Beləliklə analitikin verdiyi məlumata əsasən Apple 2023-ü ildəki iPhone modellərində ekran üzərindəki çıxıntı hissədən tamamilə imtina edəcək. Yəni şirkət ön kamera ilə Face ID texnologiyasını ekranın alt hissəsinə yerləşdirəcək. Apple mühəndislərinin buna necə nail olacaqları bilinmir.

    Bundan əlavə olaraq analitikin fikirlərinə əsasən şirkət 2 ildən sonra öz smartfonlarında yeni genişbucaqlı və periskop kamera sensorlarından istifadə edəcək. Yeni periskop kamera öz növbəsində smartfonun optik zoom imkanını daha da genişləndirəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan iPhone 12 modeli 2.5 qat optik zoom və 12 qat rəqəmsal zoom özəlliklərinə sahibdir. Digər istehsalçıların smartfonlarında isə adətən 5 qat optik zoom və 50-100 qat rəqəmsal zoom özəllikləri reallaşdırılır. Onu da qeyd etmək lazımdır ki, Apple növbəti təqdimat tədbirini 20 aprel tarixində keçirdəcək. Həmin tədbirdə yeni iPad modellərinin təqdim olunacağı gözlənilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik qatlana bilən iPhone barəsində yeni məlumatlar verib

Məşhur analitik Ming-Chi Kuo öz yeni hesabatında Apple şirkətinin ilk qatlana bilən smartfonu barəsi..


Galaxy S21-in maya dəyərinin Galaxy S20-nin maya dəyərindən daha aşağı olduğu mə..

Counterpoint Research şirkətinin analitikləri Galaxy S21 ilə Galaxy S20 flaqman smartfonlarının iste..


Redmi-nin ilk gamer smartfonu K40 Gaming Edition təqdim olunub - QİYMƏTİ

Xüsusi təqdimat tədbiri çərçivəsində Redmi brendi özünün ilk gamer smartfonunu təqdim edib...


Apple yeni qatlana bilən smartfon dizaynını patentləşdirib

Apple yeni qatlana bilən smartfon dizaynını patentləşdirib. Patent sənədinə əsasən cihazın ekranı xa..


Xiaomi Mi Mix 4 flaqman smartfonunun render fotosu təqdim olunub

Ice Universe ləqəbli məşhur çinli insayder hələ təqdim olunmamış Mi Mix 4 smartfon modelinin keyfiyy..

×