main-post-cover

    Məşhur analitik: 'Apple gələn iPhone SE 3 əvəzinə iPhone SE Plus-ı təqdim edəcək'

    Cihazlar+
    26.10.2021
    Farid Pardashunas
        İnternetdə artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Apple şirkəti 2022-ci ilin birinci yarısı üçün iPhone SE 3 smartfon modeli üzərində çalışır. Ortaya çıxmış yeni məlumata əsasən isə şirkət iPhone SE 3-ün təqdimatını təxirə salıb. Display Supply Chain Consultants şirkətinin təsisçisi olan analitik Ross Young-ın sözlərinə əsasən Apple şirkəti iPhone SE 3 modelinin təqdimatını 2024-cü ilə təxirə salmağı qərara alıb. Onun yerinə şirkət gələn il iPhone SE Plus smartfonunu təqdim edəcək. 
        Lakin təəssüflər olsun ki, smartfon adında Plus sözünün olması cihazın ölçülərinin böyüdülməsi mənasını vermir. Məlumata əsasən iPhone SE Plus modeli iPhone 8-dəki kimi 4.7 düym LCD ekran əldə edəcək. iPhone SE Plus-ın fərqləndirici özəlliyi isə ondan ibarət olacaq ki, o, Apple A15 Bionic prosessorunu əldə edəcək və 5G-ni dəstəkləyəcək. Ross Young qeyd edib ki, iPhone SE 3 modeli xarici görünüşcə iPhone XR ilə iPhone 11-i xatırladacaq və LCD ekran ilə təchiz olunacaq. Ekran ölçüsünə gəldikdə isə smartfonun 5.7 və ya 6.1 düym ekrana sahib olacağı güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər