main-post-cover

    Məşhur analitik: 'Apple növbəti iPhone SE smartfonunu ləğv edib'

    Cihazlar+
    08.01.2023
    Emil Nəcəfov
        Keçən ayın sonunda məşhur analitik Ming-Chi Kuo məlumat vermişdi ki, Apple şirkəti növbəti iPhone SE smartfonunu təxirə sala və ya ümumiyyətlə iPhone SE seriyasından imtina edə bilər. İndi isə insayder bildirib ki, şirkət növbəti iPhone SE modelindən imtina edib. Şirkətin sözügedən büdcəli smartfon seriyasından tamamilə imtina edib-etmədiyi bilinmir. Heç istisna deyil ki, şirkət iPhone SE seriyası ilə bağlı müəyyən müddətlik fasilə götürsün. Məlumata əsasən şirkətin növbəti iPhone SE-dən imtina etməsinin əsas səbəbi büdcəli iPhone modellərinin aşağı satış göstəricilərinə sahib olmasındadır.
        Söhbət, təkcə iPhone SE smartfonlarından deyil, həmçinin adi iPhone iPhone Plus modellərindən gedir. iPhone ProiPhone Pro Max modelləri digər iPhone modelləri ilə müqayisədə daha yüksək satış göstəriciləri sərgiləyirlər. Qeyd etmək lazımdır ki, məhz aşağı satış göstəriciləri səbəbilə şirkət keçən il iPhone mini modelindən imtina etdi və onu iPhone Plus ilə əvəzlədi. Lakin iPhone 14 Plus modelinin də satışları gözlənildiyi kimi yüksək olmadı.
        Ming-Chi Kuo həmçinin bildirib ki, Apple üstəlik Qualcomm-un 5G modemlərindən də imtina etməyi planlaşdırırdı. Şirkət artıq uzun müddətdir ki, öz cihazlarında fərdi modemlərdən istifadəyə keçid etməyə çalışır. Analitikin sözlərinə əsasən Apple öz fərdi modemini ilk növbədə məhz növbəti iPhone SE modelində test etməyi və daha sonra onu əsas iPhone modellərinə inteqrasiya etməyi planlaşdırırdı. İndi isə analitik qeyd edib ki, bu il və hətta növbəti il təqdim ediləcək iPhone modellərində Qualcomm-un 5G modemlərindən istifadə ediləcək.
    Linki kopyala