main-post-cover

    Məşhur analitik: 'Apple növbəti iPhone SE üzərində işləri bərpa edib'

    Cihazlar+
    28.02.2023
    Emil Nəcəfov
        Məşhur analitik Ming-Chi Kuo-nun vermiş olduğu məlumata əsasən Apple şirkəti yeni iPhone SE smartfonunun hazırlanmasına geri qayıdıb. Analitik bildirib ki, növbəti iPhone SE modeli 6.1 düym ekran və Apple şirkətinin fərdi 5G modemi ilə təchiz olunmalıdır. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə analitik qeyd etmişdi ki, Apple növbəti iPhone SE-dən imtina edib və ya onu uzunmüddətli təxirə salıb. Yeni məlumatında analitik bildirib ki, hazırlanan növbəti iPhone SE modeli iPhone 14-ə bənzəyəcək. Qeyd etmək lazımdır ki, iPhone 14 smartfonu nazik çərçivələrə sahib 6.1 düym OLED ekran ilə təchiz olunur.
        Hal hazırda aktual olan iPhone SE (2022) modeli 4.7 düym maye kristalik ekrana sahibdir və onun çərçivələri olduqca qalındır. Məlumata əsasən yeni iPhone SE üçün ekran istehsalı ilə Çinin BOE şirkəti məşğul olacaq. Ming-Chi Kuo-nun sözlərinə əsasən növbəti iPhone SE modeli Apple şirkətinin fərdi 5G modemi ilə təchiz olunacaq və həmin modem 5G şəbəkəsinə 6 GHz-dən aşağı diapazonda qoşulma imkanını təqdim edəcək. Qeyd etmək lazımdır ki, iPhone SE (2022) smartfonunda 5G dəstəyi olsa da, o, Qualcomm-un Snapdragon X57 adlı 5G modemi ilə təchiz olunur. Analitik növbəti iPhone SE-nin nə zaman təqdim olunacağı barəsində məlumat verməyib. Lakin güman etmək olar ki, bu, gələn ilin mart ayında və ya bir qədər daha gec baş tutacaq.
    Linki kopyala