Reklam
Məşhur analitik: 'Heç bir ekran çıxıntısına sahib olmayan iPhone 2024-cü ildə təqdim ediləcək'

Məşhur analitik: 'Heç bir ekran çıxıntısına sahib olmayan iPhone 2024-cü ildə təqdim ediləcək'

Mobil Cihazlar
21.04.2022 PAYLAŞIM

    Apple şirkətinin heç bir ekran çıxıntısına sahib olmayan iPhone modelini təqdim edəcəyi barəsində məlumatlar artıq uzun müddətdir ki, ortaya çıxır. Məşhur analitik Ming-Chi Kuo-nun fikrincə bu, 2024-cü ildə baş verəcək. Onun sözlərinə əsasən iPhone 16 Pro modelləri ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kamera ilə təchiz olunacaqlar. Məhz bunun sayəsində ekran üzərindəki çıxıntı hissədən imtina etmək mümkün olacaq. “Mən düşünürəm ki, tam ekranlı iPhone modeli 2024-cü ildə təqdim ediləcək. 2024-cü ildə təqdim ediləcək flaqman iPhone modelləri ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kamera və Face ID texnologiyası ilə təchiz olunacaqlar” - deyə analitik qeyd edib. Analitikin yeni proqnozu əvvəlki bəyanatına əsaslanır. Belə ki, daha öncə analitik qeyd etmişdi ki, ekrana inteqrasiya edilmiş Touch ID texnologiyası Apple şirkətinin qısamüddətli planları arasında mövcud deyil.

    Digər insayderlərin də fikirlərinə əsasən ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kamera məhz iPhone 16 Pro modellərində reallaşdırılacaq. Bununla belə həmin smartfonlarda Touch ID texnologiyası mövcud olmayacaq. Analitik güman edir ki, Apple şirkətinin Face ID texnologiyasının ekranın alt hissəsinə inteqrasiya edilməsinin 2024-cü ilə kimi təxirə salmağı texniki çətinliklər ilə bağlı deyil. Məsələ şirkətin marketinq siyasətindədir. Bununla belə heç istisna deyil ki, hal hazırda bu məsələ ilə bağlı mövcud olan texniki və proqram təminatı həlləri sadəcə olaraq Apple şirkətinin tələblərinə uyğun deyil. Buna görə də ön kamera ilə digər komponentlərin ekranın alt hissəsinə yerləşdirilməsi üçün nəzərdə tutulmuş texnologiyaların yaxşılaşdırılması yolunda şirkətə bir qədər zaman lazımdır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


POCO F4 və POCO X4 GT smartfonları təqdim olunub - QİYMƏTİ

Xiaomi tərəfindən keçirilmiş rəsmi təqdimat çərçivəsində POCO brendi öz yeni smartfonlarını təqdim e..


Nothing Phone (1)-in bəzi texniki özəllikləri Geekbench vasitəsilə təsdiqlənib..

Təqdimata hazırlaşan Nothing Phone (1) smartfonunun dizaynı və hətta çalışma prosesi daha öncədən sə..


iPhone 14 smartfonları bir dəfə şarj olunandan sonra əvvəlki iPhone-lardan daha ..

Çinin Baidu adlı sosial şəbəkəsində iPhone 14 smartfonlarının vacib özəlliklərindən birini əhatə edə..


6000 mAh batareyaya sahib büdcəli Galaxy F13 smartfonu təqdim olunub - QİYMƏTİ..

Samsung şirkəti Galaxy F13 adlı yeni büdcəli smartfonunu təqdim edib.


Nothing Phone (1)-in hərtərəfli dizaynı və unikal funksiyaları sərgilənib (VİDEO..

MKBHD adlı Youtube kanalının müəllifi məşhur blogger Marques Brownlee OnePlus şirkətinin keçmiş həmt..


Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fotoları ortaya çıxıb

Twitter-də Xiaomi şirkətinin təqdimata hazırlaşan Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fot..

×