Məşhur analitik iPhone 13 ilə qatlana bilən iPhone barəsində yeni məlumatlar verib

Məşhur analitik iPhone 13 ilə qatlana bilən iPhone barəsində yeni məlumatlar verib

Mobil Cihazlar
02.03.2021 PAYLAŞIM

    Məşhur analitik Ming-Chi Kuo növbəti nəsil iPhone modellərində olacaq dizayn dəyişikliklərindən danışıb. Onun sözlərinə əsasən yeni nəsil iPhone-ların fərqləndirici özəllikləri ondan ibarət olacaq ki, onların ekranları üzərlərində heç bir çıxıntı hissə olmayacaq. Bundan əlavə olaraq analitik Apple şirkətinin ilk qatlana bilən smartfon modeli barəsində də məlumat verib. Beləliklə analitikin məlumatna əsasən ilk qatlana bilən iPhone modeli 7.5-8 düym ekrana sahib olacaq. Bununla belə smartfon Galaxy Z Flip-in deyil Galaxy Z Fold-un rəqibi qismində çıxış edəcək.

    Qatlana bilən iPhone modelinin mümkün satış ili kimi analitik 2024-cü ili qeyd edib. Bundan əlavə olaraq həmin smartfonun Apple Pencil dəstəyini əldə edəcəyi ehtimalı da var. Ming-Chi Kuo iPhone 12-nin bu il təqdim ediləcək davamçısı barəsində bir sıra məlumatlar verib. O bildirib ki, bu ilki iPhone modellərinin ekranları üzərlərində olan çıxıntı hissəsinin ölçüsü bir qədər kiçiləcək. Məhz bu dəyişiklik yeni iPhone modellərinin əsas özəlliklərindən biri hesab ediləcək.


    Həmçinin smartfonların 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranlarla təchiz olunacaqları gözlənilir. Lakin bu özəllik Pro modellərində reallaşdırılacaq. Çox güman ki, bu ilki iPhone-lar yeni Snapdragon X60 5G modemi və daha böyük həcmli batareyalar ilə təchiz olunacaqlar. Analitik qeyd edib ki, iPhone 13 Pro modeli yenilənmiş ultragenişbucaqlı kamera obyektivini əldə edəcək. Analitikin sözlərinə əsasən şirkət ən çox satılan iPhone 11 modelini 2022-ci ilə kimi satışda saxlaya bilər. Bununla yanaşı onun 5G versiyasının təqdim olunma ehtimalı da yüksəkdir. Bu halda onun qiyməti 600$ təşkil edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei bu il Mate 50 smartfon seriyasını təqdim etməyə bilər

Çindən olan kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən Huawei şirkəti bu il Mate 4..


Yeni Honor 50 smartfonları təqdim olunub - QİYMƏTİ

Keçən il Huawei-dən ayrılaraq müstəqil şirkətə çevrilmiş Honor özünün yeni Honor 50 smartfon seriyas..


OnePlus Nord N200 smartfonu təqdim olunub - QİYMƏTİ

Öncədən heç bir elan etmədən OnePlus şirkəti OnePlus Nord N200 adlı yeni smartfonunu təqdim edib. ..


Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində məlumatlar verilib

Digital Chat Station ləqəbli məşhur çinli insayder Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində..


Yeni OnePlus Nord CE smartfonu təqdim olunub - QİYMƏTİ

OnePlus şirkəti xüsusi təqdimat tədbiri çərçivəsində OnePlus Nord CE smartfonunu təqdim edib...


Samsung yeni orta büdcəli Galaxy A22 və A22 5G smartfonlarını təqdim edib - QİYM..

Samsung şirkəti yeni orta büdcəli Galaxy A22 və A22 5G smartfonlarını təqdim edib.

×