main-post-cover

    Məşhur analitik: 'iPhone 13 peyk şəbəkəsi dəstəyini əldə edəcək'

    Cihazlar+
    30.08.2021
    Farid Pardashunas
        Nüfuzlu analitik Ming-Chi Kuo Apple şirkətinin yeni iPhone-larda reallaşdıracağı gözlənilən özəlliklərdən biri barəsində məlumat verib. Belə ki, analitikin sözlərinə əsasən şirkət iPhone 13-ü peyk şəbəkəsi modulu ilə təchiz etməyi planlaşdırır. Bu isə iPhone 13-ün imkanlarını genişləndirə bilər. Analitik bildirib ki, yeni iPhone modelləri LEO adlı peyklərin dəstəklərini əldə edəcəklər. Sözügedən peyklər Yer kürəsinin aşağı orbitində yerləşirlər. Yeni iPhone-larda reallaşdırılması gözlənilən xüsusi şəbəkə modulu vasitəsilə istifadəçilər hətta istənilən nəsil mobil şəbəkə əhatəsinin mövcud olmadığı yerlərdə də telefon zənglərini reallaşdıra və mesajlar göndərə biləcəklər.
        Qeyd etmək lazımdır ki, Bloomberg saytı hələ 2019-cu ildə bildirmişdi ki, Apple şirkəti öz smartfonlarında peyk şəbəkəsindən istifadə etməyi planlaşdırır. Ming-Chi Kuo əmindir ki, Apple öz gələcək məhsullarında da bu texnologiyadan istifadə edəcək. Buna misal olaraq AR eynəkləri, Apple Car sistemini və IoT (Internet of Things) cihazlarını gətirmək olar. Analitik iPhone-larda peyk şəbəkəsinin necə çalışacağı barəsində məlumat verməyib. Bundan əlavə olaraq bu cür funksiyanın yalnız iMessage FaceTime tətbiqlərinin əldə edib-etməyəcəkləri də məlum deyil. Peyk şəbəkəsi trafikinin necə reallaşdırılacağı da bilinmir. Qeyd etmək lazımdır ki, iPhone 13 seriyasının təqdimatı gələn ay baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər