Logo
    main-post-cover

    Məşhur analitik iPhone 14 ilə iPhone 15-in kamera özəllikləri barəsində məlumat verib

    Cihazlar+
    22.12.2021
    Emil
        Məşhur analitik Ming-Chi Kuo-nun verdiyi məlumatlara əsasən Apple şirkəti növbəti nəsil iPhone modellərinin kameralarını təkmilləşdirəcək. Öz hesabatında analitik növbəti iPhone modellərinin kameraları barəsində məlumat verib. Onun sözlərinə əsasən iPhone 14-ün arxa kameralarından ən əsası 48 MP-lik olacaq. Qeyd etmək lazımdır ki, hal hazırda aktual olan iPhone 13 modellərinin əsas kameraları 12 MP təşkil edir. Bundan əlavə olaraq analitik bildirib ki, Apple şirkətinin 2023-cü ildə təqdim edəcəyi iPhone modelinin əsas kamerası ilk dəfə olaraq periskop obyektiv əldə edəcək və həmin obyektiv təkmilləşdirilmiş zoom imkanlarına sahib olacaq.
        Bundan əlavə olaraq iPhone 14-də həmçinin videoaların 8K keyfiyyətində çəkilməsi imkanı reallaşdırılacaq. Apple iPhone 14-ün əsas kamerasının matrisa həssaslığını yüksəldə bilər. Bu isə öz növbəsində yaxşı işıqlandırılmamış mühitdə yüksək keyfiyyətli çəkilişlərin reallaşdırılması üçün şərait yarada bilər. Digər bir analitikin sözlərinə əsasən 48 MP-lik əsas kamera obyektivi yalnız iPhone 14 Pro modellərində mövcud olacaq. Sadə iPhone 14 modellərində isə əsas kamera obyektivi 12 MP-lik olaraq qalacaq.
    Paylaş
    Bənzər xəbərlər