
Məşhur analitik: 'iPhone 15 Pro-larda fiziki düymələr sensorlu analoqlarla əvəzlənməyəcək'
Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Apple şirkəti bu ilki iPhone 15 Pro modellərində fiziki düymələri sensorlu analoqlar ilə əvəz etməyi planlaşdırırdı. Gözləntilərə əsasən iPhone 15 Pro modelləri fiziki düymələr əvəzinə sensorlu Taptic Engine paneli əldə etməli idilər. Lakin görünür, bu belə olmayacaq. Ming-Chi Kuo adlı məşhur analitikin vermiş olduğu məlumata əsasən Apple həqiqətən də müəyyən müddət ərzində bunun reallaşdırılmasını nəzərdən keçirib. Lakin şirkət bu istiqamətdə texniki problemlər ilə qarşılaşıb. Buna görə də iPhone 15 Pro modelləri böyük ehtimal ilə ənənəvi fiziki düymələrə sahib olacaqlar. Ola bilsin ki, şirkət mövcud texniki problemləri gələcəkdə həll etsin və bu halda sensorlu idarəetmə paneli iPhone-lara 2024-cü ildə inteqrasiya edilə bilər.
Paylaş
Bənzər xəbərlər