
Məşhur analitik iPhone 15 Pro modellərinin qızmalarının əsl səbəbini açıqlayıb
Cihazlar+
27.09.2023
Emil
Dünən məlum oldu ki, istifadəçilər artıq iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarında güclü qızma problemindən şikayətçidirlər. Bəzilərinin fikrincə bu, sözügedən smartfonlarda istifadə edilən A17 Pro prosessoru ilə bağlıdır. Lakin məşhur analitik Ming-Chi Kuo tamamilə fərqli fikirə sahibdir. Onun fikrincə prosessorun qızmasında TSMC yox, Apple şirkəti günahkardır. Analitik bildirib ki, iPhone 15 Pro modellərində 48 dərəcə Selsiyə çatan yüksək temperatur smartfonların sahib olduqları gövdə ətrafı çərçivənin uğurlu olmayan konstruksiyası ilə əlaqəlidir.
Analitik düşünür ki, Apple yeni smartfonların çəkilərinin aşağı salınması istiqamətində soyutma sisteminin effektivliyini qurban verib. O əlavə edib ki, iPhone 15 Pro modellərində titan materialdan hazırlanmış gövdə ətrafı çərçivənin istifadəsi artıq özü böyük bir səhv olub. Belə ki, bu metalın istilik keçiriciliyi alüminiumun istilik keçiriciliyindən 12 dəfə daha aşağıdır. Analitikin gözləntilərinə əsasən Apple bu problemi proqram təminatı yenilənməsi vasitəsilə qismən aradan qaldıracaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
