
Məşhur analitik: 'iPhone 15 smartfonlarından minimum biri USB Type-C girişinə sahib olacaq'
Cihazlar+
27.07.2022
Emil
Son illərdə Apple şirkəti öz cihazlarını USB Type-C standartına keçirdir. Belə ki, sözügedən girişdən MacBook Air, iPad Pro, iPad Air, iPad mini, Studio Display və Pro Display XDR cihazlarında istifadə edilir. Verilmiş məlumata əsasən yaxın gələcəkdə Apple şirkətinin digər 5 məhsulu da USB Type-C standartına keçid edəcək. Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən iPhone 14 smartfonlarının Lightning girişi ilə təchiz olunacaqları bir vaxtda gələn ilki iPhone 15 seriyasına daxil olacaq smartfonlardan minimum biri USB Type-C girişinə sahib olacaq.
Bloomberg saytının jurnalisti Mark Gurman təsdiqləyib ki, Apple həqiqətən də USB Type-C girişinə sahib iPhone modellərini test edir və bu cür smartfon artıq gələn il satışa çıxacaq. Bundan əlavə olaraq Mark Gurman qeyd edib ki, Apple özünün adi iPad planşet modelini yeniləyərək ona USB Type-C girişini əlavə etməyi planlaşdırır. 10-cu nəsil iPad modeli artıq sentyabr ayında təqdim edilə bilər. Beləliklə iPad 10-nun satışa çıxması ilə Apple bütün iPad seriyasının USB Type-C standartına keçidini tamamlayacaq.
Ming-Chi Kuo-nun fikrincə iPhone modelləri USB Type-C standartına keçid etdikdən sonra gələcəkdə Apple şirkətinin aksesuarları da sözügedən giriş ilə təchiz olunacaqlar. Buna misal olaraq AirPods modellərinin şarj keyslərini və ya portativ MagSafe batareyasını gətirmək olar. Bununla yanaşı analitikin gözləntilərinə əsasən Mac kompüterləri üçün nəzərdə tutulmuş Apple Magic Keyboard, Magic Trackpad və Magic Mouse aksesuarları da USB Type-C-yə keçid edəcəklər. Qeyd etmək lazımdır ki, hal hazırda sözügedən aksesuarlarda Lightning girişindən istifadə edilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
