Logo
    main-post-cover

    Məşhur analitik iPhone 16 Pro barəsində məlumat verib

    Cihazlar+
    20.09.2023
        iPhone 15 smartfonlarının satışlarına hələ başlamamasına baxmayaraq artıq iPhone 16 smartfon seriyası barəsində məlumatlar ortaya çıxır. Belə ki, məşhur analitik Ming-Chi Kuo gələn ilki iPhone 16 Pro barəsində məlumat verib. Qeyd etmək lazımdır ki, iPhone 15 Pro Max modelini adi iPhone 15 Pro-dan fərqləndirən əsas özəllik ondadır ki, iPhone 15 Pro Max 5 qat zoom özəlliyinə sahib periskop kamera ilə təchiz olunur. Ming-Chi Kuo-nun sözlərinə əsasən isə gələn ilki iPhone 16 Pro modeli də həmin kameranı əldə edə bilər. Lakin bunun dəqiq şəkildə iPhone 15 Pro Max-dakı periskop kamera olacağı hələ dəqiq deyil. iPhone 16 Pro-da eyni kameranın olacağı halda iPhone 16 Pro Max daha təkmilləşdirilmiş periskop kameranı əldə edə bilər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Məşhur analitik iPhone 16 Pro barəsində məlumat verib | Technote