main-post-cover

    Məşhur analitik iPhone 16 Pro-nun kameralarından biri barəsində məlumat verib

    Cihazlar+
    22.11.2023
    Emil Nəcəfov
         Məşhur analitik Ming-Chi Kuo gələn il təqdim ediləcək iPhone 16 Pro barəsində yeni məlumatları təqdim edib. Qeyd etmək lazımdır ki, sentyabr ayında təqdim edilmiş iPhone 15 Pro Max-da 5 qat optik zoom-a sahib yenilənmiş teleobyektivdən istifadə edilir. Lakin iPhone 15 Pro-da yalnız 3 qat optik zoom-a sahib teleobyektivdən istifadə edilir. Analitikin sözlərinə əsasən gələn il təqdim ediləcək iPhone 16 Pro modeli 5 qat optik zoom-a sahib teleobyektivi əldə edəcək.
         Məlumata əsasən iPhone 15 Pro-da 5 qat optik zoom-lu teleobyektivin olmamasının əsas səbəbi smartfon ölçüsünün iPhone 15 Pro Max-ın ölçüsündən daha kiçik olmasındadır. Bir neçə müddət bundan öncə ortaya çıxmış məlumatlarda isə qeyd edilmişdi ki, iPhone 16 Pro ilə iPhone 16 Pro Max modellərinin ölçüləri bir qədər böyüyəcək. Belə ki, iPhone 16 Pro-nun 6.27 düym, iPhone 16 Pro Max-ın isə 6.86 düym ekranla təchiz olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple Tim Cook-un yeni CEO ilə əvəzlənməsinə dair detallı plana sahibdir
    apple-tim-cook-un-yeni-ceo-ile-evezlenmesine-dair-detalli-plana-sahibdir
    iPhone 16 Pro batareyasının ilk fotoları ortaya çıxıb
    iphone-16-pro-batareyasinin-ilk-fotolari-ortaya-cixib
    Apple Vision Pro-nun konkret satış müddəti açıqlanıb
    apple-vision-pro-nun-konkret-satis-muddeti-aciqlanib
    iPhone 16 və iPhone 16 Plus ekranları 60 Hz-lik təsvir yenilənməsinə sahib olacaqlar
    iphone-16-ve-iphone-16-plus-ekranlari-60-hz-lik-tesvir-yenilenmesine-sahib-olacaqlar
    Apple bir qədər fərqli dizayna sahib birinci nəsil Watch Ultra-nın prototipini test edirmiş
    apple-bir-qeder-ferqli-dizayna-sahib-birinci-nesil-watch-ultra-nin-prototipini-test-edirmis