Logo
    main-post-cover

    Məşhur analitik iPhone 16 Pro-nun kameralarından danışıb

    Cihazlar+
    09.08.2023
    Emil
        Apple şirkətinin iPhone 15 smartfon seriyasını hələ gələn ay təqdim edəcəyinə baxmayaraq məşhur analitik Ming-Chi Kuo gələn il təqdim olunacaq iPhone 16 Pro-nun kameraları barəsində məlumat verib. Onun sözlərinə əsasən iPhone 16 Pro modeli iPhone 15 kimi Sony-nin yeni kamera sensorlarını əldə edəcək. Söhbət, yeni texnologiya əsasında hazırlanmış Sony kameralarından gedir. Yeni texnologiya əsasında hazırlanmış kameralar daha az küyə sahib fotoların çəkilməsi imkanını verəcək və fotoların ümumi keyfiyyətləri yüksəldəcək. Bu cür kameraların iPhone 15 smartfonlarında olacaqları öncədən məlum idi. Lakin onların həmçinin iPhone 16 Pro-da olacaqları yeni bir məlumat olub.
    Paylaş
    Bənzər xəbərlər