Məşhur analitik iPhone 16 Pro və iPhone 16 Pro Max ekranları barəsində məlumat verib

Məşhur analitik iPhone 16 Pro və iPhone 16 Pro Max ekranları barəsində məlumat verib

Mobil Cihazlar
17.05.2023 PAYLAŞIM

    Məşhur analitik Ming-Chi Kuo gələn il təqdim olunacaq iPhone 16 Pro iPhone 16 Pro Max smartfonları barəsində yeni məlumatlar verib. Analitikin sözlərinə əsasən sözügedən smartfonlar daha böyük ölçülü ekranları əldə edəcəklər. Belə ki, iPhone 16 Pro modeli 6.3 düym, iPhone 16 Pro Max modeli isə 6.9 düym ekranla təchiz olunacaq. iPhone 14 Pro iPhone 14 Pro Max ilə müqayisədə iPhone 16 Pro ilə iPhone 16 Pro Max ekranları 0.2 düym böyüyəcəklər.

    Lakin nəyə görə Apple şirkəti sözügedən smartfonlara böyük ölçülü ekranlar quraşdıracaq? Əsas səbəb smartfonlarda yeni periskop kamera obyektivinin olacağı ilə bağlıdır. Məlumata əsasən iPhone 16 Pro ilə iPhone 16 Pro Max-dakı yeni periskop kamera obyektivi yaxşılaşdırılmış zoom özəlliyini təmin edəcək. Gözləntilərə əsasən kamera 5-6 qat optik zoom-u mümkün edəcək. iPhone 16 Pro ilə iPhone 16 Pro Max-da ola biləcək daha bir yenilik ekranın alt hissəsinə yerləşdirilmiş Face ID texnologiyasıdır. Bu halda smartfonların ekranları üzərində geniş ölçülü çıxıntı hissənin reallaşdırılmasına ehtiyac qalmayacaq.




DAHA ÇOX


AnTuTu may ayının qiymət-keyfiyyət nisbəti üzrə ən yaxşı Android smartfonlarının..

AnTuTu bençmarkı may ayının qiymət-keyfiyyət nisbəti üzrə ən yaxşı Android smartfonların reytinqləri..


AnTuTu may ayının ən güclü subflaqman smartfonlarının reytinqini təqdim edib..

AnTuTu bençmarkı may ayının ən güclü subflaqman Android smartfonlarının reytinqini təqdim edib...


AnTuTu may ayının ən güclü flaqman Android smartfonlarının reytinqini təqdim edi..

AnTuTu bençmarkı may ayının ən güclü flaqman Android smartfonlarının reytiniqi təqdim edib...


Samsung Galaxy S23 Ultra-nın Exynos 2300 prosessoruna sahib versiyası satışa çıx..

Bir neçə gün bundan öncə Geekbench-in məlumatlar bazasında Samsung-un SM-S919O model nömrəsinə sahib..


Redmi 12-nin render fotosu və bəzi texniki özəllikləri təqidm edilib

Xiaomi-nin Redmi brendi Avropa bazarında Redmi 12 adlı yeni büdcəli smartfonunu təqdim etməyə hazırl..


Nokia C300 smartfonu təqdim edilib - QİYMƏTİ

HMD Global şirkəti Nokia C110 ilə yanaşı Nokia C300 smartfonunu da təqdim edib.

×