Məşhur analitik növbəti iPhone SE barəsində yeni məlumatlar verib

Məşhur analitik növbəti iPhone SE barəsində yeni məlumatlar verib

Mobil Cihazlar
10.10.2022 PAYLAŞIM

    Ross Young adlı məşhur analitik Apple tərəfindən hazırlandığı güman olunan yeni iPhone SE smartfon modelinin texniki özəllikləri barəsində yeni hesabatını təqdim edib. Öz yeni hesabatında analitik növbəti iPhone SE ilə bağlı olan əvvəlki proqnozlarına dəyişiklik edib. Belə ki, onun sözlərinə əsasən növbəti iPhone SE modeli əvvəl düşünüldüyü kimi heç də kompakt ölçüyə sahib olmayacaq. Beləliklə Ross Young qeyd edib ki, növbəti iPhone SE modeli 6.1 düym IPS ekran ilə təchiz olunacaq və ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yerləşəcək. Lakin yeni iPhone SE-nin ekranı üzərində reallaşdırılacaq çıxıntı hissənin hansı formada olacağı barəsində məlumat yoxdur.

    Heç istisna deyil ki, ekran üzərində çıxıntı hissənin forması əvvəlki iPhone modellərinin ekranlarında reallaşdırılmış çıxıntı hissənin formasında olsun. Bu halda smartfonun Face ID texnologiyasını əldə edib-etməyəcəyi də bilinmir. Son məlumatlara əsasən yeni iPhone SE modeli xarici görünüşcə iPhone XR-i xatırladacaq. Lakin bununla belə onun ekranı üzərindəki çıxıntı hissənin ölçüsü daha kiçik olacaq. Daha öncəki məlumatlarda qeyd edilmişdi ki, növbəti iPhone SE-də Face ID texnologiyası əvəzinə Touch ID texnologiyası reallaşdırılacaq. Bununla belə Touch ID-nin yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcəyi deyilirdi. Apple məhsulları barəsində proqnozları ilə məşhur olan analitik Ming-Chi Kuo da Touch ID texnologiyasının məhz yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcəyi barəsində məlumat vermişdi. Nəticədə bunun həqiqətən də belə olub-olmayacağını zaman göstərəcək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Coca-Cola-nın ilk smartfonu ColaPhone-nun fotosu təqdim edilib

Verilmiş məlumata əsasən Coca-Cola şirkəti öz smartfonunu təqdim etməyə hazırlaşır.


Galaxy S23 Ultra yeni unikal gecə çəkilişi rejiminə sahib olacaq (VİDEO)

1 fevral tarixində Samsung şirkəti Galaxy Unpacked 2023 tədbirini keçirdəcək və həmin tədbir çərçivə..


Huawei P60 Pro-nun texniki özəllikləri və arxa kamera dizaynı təqdim edilib..

Çinin Weibo sosial şəbəkəsində Huawei P60 Pro flaqman smartfon modelinin texniki özəllikləri barəsin..


Android smartfonlarla müqayisədə iPhone-ların yığılmasında 12 dəfə daha çox zavo..

Foxconn zavodlarında iPhone-lardan əlavə olaraq Android smartfonlar da istehsal edilir.


Bütün Samsung Galaxy S23 smartfonlarının texniki özəllikləri məlum olub

1 fevral tarixində Samsung şirkəti yeni Galaxy S23 smartfon seriyasını təqdim edəcək.


OnePlus Nord CE 3 smartfonunun real fotoları təqdim edilib

Mysmartprice saytı hələ təqdim edilməmiş OnePlus Nord CE 3 smartfonunun real fotolarını təqdim edib...

×