main-post-cover

    Məşhur analitik: 'Periskop kamera obyektivi eksklüziv olaraq daha bahalı iPhone-lara quraşdırılacaq'

    Cihazlar+
    01.02.2023
    Farid Pardashunas
        Məşhur analitik Ming-Chi Kuo bu il təqdim ediləcək iPhone 15 smartfon seriyası barəsində yeni məlumatları təqdim edib. Beləliklə analitikin sözlərinə əsasən iPhone tarixində ilk dəfə reallaşdırılacaq periskop kamera obyektivini yalnız ən flaqman iPhone 15 modeli əldə edəcək. Bununla yanaşı analitik bildirib ki, yaxın illərdə periskop kameranı adi iPhone modelləri əldə etməyəcəklər. Hal hazırda aktual olan iPhone 14 Pro iPhone 14 Pro Max-da 3 qat optik zooma və 15 qat rəqəmsal zooma sahib teleobyektivdən istifadə edilir. Samsung isə öz növbəsində artıq periskop kamera obyektivlərinə keçid edib. Məsələn keçən ilki Galaxy S22 Ultra smartfonunun kameralarından biri məhz periskop obyektivə sahibdir.
        Onun sayəsində 10 qat optik və 100 qat rəqəmsal zoomu əldə etmək mümkün olur. Ming-Chi Kuo-nun sözlərinə əsasən iPhone 15 Pro Max (güman olunan digər adı iPhone 15 Ultra) periskop kamera obyektivini əldə edəcək ilk iPhone modeli olacaq. Məlumata əsasən periskop kamera obyektivi 12 MP-lik olacaq və o, f/2.8 diafraqma ilə 6 qat optik zoomu özündə birləşdirəcək. Analitik qeyd edib ki, periskop kamera obyektivi minimum 2 il ərzində iPhone Pro Max modeli üçün eksklüziv olaraq qalacaq. Gözləntilərə əsasən yeni kamera obyektivlərinin istehsalı ilə LG şirkəti məşğul olacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər