Logo
    main-post-cover

    Məşhur analitik: 'Periskop kamera obyektivini yalnız iPhone 15 Pro Max əldə edəcək'

    Cihazlar+
    30.03.2023
    Emil
        Məşhur analitik Ming-Chi Kuo iPhone 15 Pro Max barəsində yeni məlumat verib. Analitikin sözlərinə əsasən Apple şirkətinin bu il təqdim edəcəyi iPhone 15 modelləri arasında yalnız iPhone 15 Pro Max modeli periskop kamera obyektivini əldə edəcək. Analitik əlavə edib ki, iPhone 16 smartfon seriyasında isə periskop kamera obyektivini artıq iPhone 16 Pro Max ilə yanaşı həmçinin iPhone 16 Pro da əldə edəcək. Analitik bildirib ki, iPhone 15 Pro Max üçün periskop kamera obyektivinin istehsalı ilə yalnız Largan şirkəti məşğul olacaq. Gələcəkdə isə Apple iPhone-lar üçün periskop kamera obyektivinin istehsalı məsələsində müxtəlif şirkətlərlə çalışacaq.
    Paylaş
    Bənzər xəbərlər