Məşhur analitik qatlana bilən iPhone barəsində yeni məlumatlar verib

Məşhur analitik qatlana bilən iPhone barəsində yeni məlumatlar verib

Mobil Cihazlar
05.05.2021 PAYLAŞIM

    Məşhur analitik Ming-Chi Kuo öz yeni hesabatında Apple şirkətinin ilk qatlana bilən smartfonu barəsində yeni məlumatlar verib. Analitikin sözlərinə əsasən şirkət qatlana bilən iPhone modelini təqribi olaraq 2023-cü ildə təqdim etməyi planlaşdırır. Analitik həmçinin onu da qeyd edib ki, şirkət 2023-cü ilin sonuna kimi 15-20 milyon ədəd qatlana bilən iPhone istehsal etməlidir. Smartfonun texniki özəllikləri barəsində məlumat verilməyib. Sadəcə olaraq qeyd olunub ki, smartfon 8 düym ekran ilə təchiz olunacaq.

    Bununla yanaşı məlumata əsasən Apple şirkəti Samsung istehsalı olan OLED ekranlardan istifadə edəcək. Beləliklə Samsung yeni nəsilə iPhone modelləri üçün eksklüziv ekran istehsalçısına çevriləcək. Təsdiq olunmamış məlumata əsasən ilk qatlana bilən iPhone modelinin konstruksiyası Galaxy Z Flip-ə bənzəyəcək. Əgər analitikin verdiyi məlumat həqiqətə uyğundursa, deməli qatlana bilən iPhone-nun ekranı iPad mini ekranından bir qədər böyük olacaq. İnsayderlərin əvvəlki məlumatlarına əsasən Apple qatlana bilən smartfonun 2 prototipinə sahibdir və onlar artıq şirkətin dözümlülük testlərindən keçiblər. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Galaxy S21-in maya dəyərinin Galaxy S20-nin maya dəyərindən daha aşağı olduğu mə..

Counterpoint Research şirkətinin analitikləri Galaxy S21 ilə Galaxy S20 flaqman smartfonlarının iste..


Redmi-nin ilk gamer smartfonu K40 Gaming Edition təqdim olunub - QİYMƏTİ

Xüsusi təqdimat tədbiri çərçivəsində Redmi brendi özünün ilk gamer smartfonunu təqdim edib...


Apple yeni qatlana bilən smartfon dizaynını patentləşdirib

Apple yeni qatlana bilən smartfon dizaynını patentləşdirib. Patent sənədinə əsasən cihazın ekranı xa..


Məşhur analitik 2023-cü il iPhone modellərində olacaq dəyişikliklərdən xəbər ver..

Bu il təqdim olunacaq iPhone 13 barəsində məlumatların ortaya çıxmaqda davam etdiyi bir vaxtda məşhu..


Xiaomi Mi Mix 4 flaqman smartfonunun render fotosu təqdim olunub

Ice Universe ləqəbli məşhur çinli insayder hələ təqdim olunmamış Mi Mix 4 smartfon modelinin keyfiyy..

×