Məşhur analitik: 'Samsung Galaxy S23 smartfonları Exynos prosessoruna sahib olmayacaqlar'

Məşhur analitik: 'Samsung Galaxy S23 smartfonları Exynos prosessoruna sahib olmayacaqlar'

Mobil Cihazlar
11.07.2022 PAYLAŞIM

    Samsung şirkəti Galaxy S22 seriyasının smartfonlarında həm Snapdragon həm də Exynos prosessorlarından istifadə edib. Sözügedən seriyaya daxil olan smartfonlar satıldıqları ölkələrdən asılı olaraq ya Snapdragon ya da Exynos vasitəsilə çalışırlar. Lakin verilmiş məlumata əsasən gələn il təqdim olunacaq Galaxy S23 smartfon seriyasında bu vəziyyət dəyişə bilər. Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən Galaxy S23 smartfonları yalnız Snapdragon prosessoru vasitəsilə çalışacaqlar. Məlumata əsasən Snapdragon prosessorlu Galaxy S22 modellərinin satışları 70%, Exynos prosessorlu Galaxy S22 modellərinin satışları isə 30% təşkil edir. Analitik qeyd edib ki, Galaxy S23 modellərində Qualcomm SM8550 kod nömrəli prosessordan istifadə ediləcək.

    Bəzi məlumatlara əsasən sözügedən kod nömrəsi məhz Snapdragon 8 Gen 2 prosessoruna məxsusdur. Güman olunur ki, Snapdragon 8 Gen 2 prosessoru 4 klasterli qeyri-adi arxitekturaya və 8 nüvəyə sahib olacaq. Belə ki, prosessorun 1 ədəd Cortex-X3 nüvəsinə, 2 ədəd Cortex-A720 nüvəsinə, 2 ədəd Cortex-A710 nüvəsinə və 3 ədəd Cortex-A510 nüvəsinə sahib olacağı gözlənilir. Məlumata əsasən Snapdragon 8 Gen 2-nin tərkibinə həmçinin Adreno 740 qrafik çipi və yeni nəsil 5G modem daxil olacaq. Prosessor 4 nanometrlik texnoloji proses əsasında hazırlanacaq. Analitik bildirib ki, Samsung öz smartfonlarında Exynos-dan imtina edərək Snapdragon-a üstünlük verə bilər. Belə ki, yeni nəsil Exynos prosessorları həm performans həm də enerji sərfiyyatı baxımından digər prosessorlardan geridə qalacaqlar. Galaxy S23 smartfon seriyasının gələn ilin əvvəlində təqdim ediləcəyi gözlənilir.




DAHA ÇOX


Məşhur insayder Samsung Galaxy S24 smartfonları barəsində yeni məlumatları təqdi..

Ice Universe ləqəbli məşhur insayder Samsung Galaxy S24 smartfon seriyası barəsində yeni məlumatları..


Samsung Galaxy S24 Ultra-nın render fotoları təqdim edilib

OnLeaks ləqəbli məşhur insayder adi Galaxy S24-ün ardınca Smartprix saytı ilə birlikdə həmçinin Gala..


Xiaomi korporasiyası Xiaomi 13T və Xiaomi 13T Pro flaqman smartfonlarını təqdim ..

Dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən, istehlakçı elektronikası üzrə dünyanın aparıcı is..


Huawei öz flaqman smartfonlarının büdcəli versiyalarını təqdim edə bilər..

Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Huawei şirkətinin hələ təqdim ..


Qatlana bilən OPPO Find N3 smartfonunun təqdimat müddəti məlum olub

Biz artıq dəfələrlə məlumat vermişik ki, OPPO şirkəti OPPO Find N3 adlı yeni qatlana bilən smartfon ..


Redmi 13C smartfonu təqdimata hazırlaşır

Bir neçə gün bundan öncə Redmi 13C adlı yeni smartfonun render fotoları ortaya çıxdı.

×