main-post-cover

    Məşhur analitik təqdimatdan 1 gün öncə yeni iPhone SE barəsində bəzi məlumatlar verib

    Cihazlar+
    06.03.2022
    Farid Pardashunas
        Sabah Apple şirkətinin növbəti təqdimat tədbiri baş tutacaq. Gözləntilərə əsasən Apple şirkəti keçiriləcək təqdimat tədbirində yeni iPhone SE modelini təqdim edəcək. Məşhur analitik Ming-Chi Kuo isə təqdimatdan 1 gün öncə yeni iPhone SE barəsində məlumatları və il sonuna kimi sözügedən smartfonun hansı sayda istehsal ediləcəyini açıqlayıb. Beləliklə analitikin verdiyi məlumata əsasən yeni iPhone SE-nin irimiqyaslı istehsalına bu ay start veriləcək. Şirkət ilin sonuna kimi 25-30 milyon ədəd yeni iPhone SE istehsal etməyi planlaşdırır.
        Bununla yanaşı analitik qeyd edib ki, yeni iPhone SE modeli öz ölçüsü və dizaynı baxımından iPhone SE (2020) modelinə bənzəyəcək. Texniki özəlliklər baxımından smartfon 5G dəstəyini, Apple A15 Bionic prosessorunu və 64/128/256 GB daxili yaddaş həcmini əldə edəcək. iPhone SE (2020) modeli kimi yeni smartfon 3 rəng variantnda satılacaq: , qara qırmızı. Yeni iPhone SE modelinin hansı qiymətə satılacağı barəsində məlumat yoxdur. Lakin artıq indidən aydındır ki, bu, Apple şirkətinin 5G dəstəkli ən ucuz smartfon modeli olacaq. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, yeni iPhone SE-nin təqdimatından sonra iPhone SE (2020)-nin qiyməti 200$-a enə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər