Məşhur analitik: 'Yeni iPhone SE (2022) Apple şirkətinin satış gözləntilərini qarşılamayıb'

Məşhur analitik: 'Yeni iPhone SE (2022) Apple şirkətinin satış gözləntilərini qarşılamayıb'

Mobil Cihazlar
29.03.2022 PAYLAŞIM

    Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin yeni ən ucuz iPhone SE (2022) modelinin satışları üzrə qeyri-rəsmi məlumatları təqdim edib. Analitik bildirib ki, şirkətin böyük gözləntilərinə baxmayaraq aşağı qiymət göstəricisi satışların yüksəlməsinə səbəb olmayıb. Hər halda hazırki vəziyyət belədir. Öz yeni məlumatında analitik qeyd edib ki, iPhone SE (2022)-yə tələbat gözləndiyindən daha aşağı olub. Qeyd etmək lazımdır ki, smartfonun təqdimatından öncə analitik proqnozlaşdırmışdı ki, Apple ilin sonuna kimi 25-30 milyon ədəd iPhone SE (2022) istehsal edəcək. Lakin indi analitik öz proqnozuna dəyişikliklər edib. Belə ki, onun fikrincə Apple ilin sonuna kimi 15-20 milyon ədəd iPhone SE (2022) istehsal edəcək.

    Bundan əlavə olaraq məlumata əsasən iPhone istehsalı ilə məşğul olan zavodun bir neçə müddət bundan öncə öz fəaliyyətinə fasilə verməsinə baxmayaraq, bu, yeni iPhone SE modelinin istehsalına təsir göstərməyib. Lakin bununla belə yeni smartfonun satışları aşağı düşüb. Analitik bunun səbəbi barəsində məlumat verməyib. Digər insayderlərin fikirlərinə əsasən yeni iPhone SE modelinin aşağı satış göstəricilərinin səbəblərindən biri də smartfonun ölçüləri ilə bağlıdır. Qeyd etmək lazımdır ki, Apple şirkətinin əsas iPhone seriyasına daxil olan iPhone mini modellərinə tələbatın az olması səbəbilə çox güman ki, şirkət ondan imtina edib və bu il həmin model daha böyük ekranlı iPhone Max ilə əvəz ediləcək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi 12S-in güman edilən ilk real fotosu internetdə ortaya çıxıb

Çinin Weibo sosial şəbəkəsində Xiaomi 12 seriyasının yeni modelinin ilk real fotosu ortaya çıxıb...


Nothing şirkətinin ilk smartfonu olacaq Nothing Phone (1) haqqında yeni məlumatl..

8 il bundan öncə ilk OnePlus One smartfonunda olduğu kimi OnePlus şirkətinin keçmiş həmtəsisçisi Car..


Samsung öz flaqman smartfonlarında Exynos prosessorlarının istifadəsindən imtina..

Samsung şirkəti Galaxy S22 smartfonlarında AMD RDNA 2 arxitekturası əsaslı qrafikaya sahib Exynos 22..


Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ

Redmi brendinin Redmi Note 11 smartfon seriyasına yeni modellər daxil olublar.


Motorola 200 MP-lik kameraya sahib yeni flaqman smartfon üzərində çalışdığını tə..

Motorola şirkəti özünün yeni flaqman smartfon modelinin ilk tizer fotosunu təqdim edib.


Yeni OnePlus Nord 2T smartfonu təqdim edilib - QİYMƏTİ

Sözügedən smartfon keçən ilki OnePlus Nord 2-nin bir qədər təkmilləşdirilmiş versiyasıdır...

×