
Məşhur blogger Nothing Phone (2)-ni öz videosunda sərgiləyib (VİDEO)
Məşhur blogger Marcus Brownlee hələ təqdim olunmamış Nothing Phone (2)-nin qısa icmalını paylaşıb. Təqdim edilmiş video smartfon barəsində daha öncə olmuş məlumat sızıntılarını təsdiqləyib. Yəni Nothing Phone (2) xarici görünüşcə Nothing Phone (1)-dən demək olar fərqlənməyəcək. Yeni smartfon bir qədər dairəvi dizaynda reallaşdırılmış arxa paneli və yenilənmiş gövdə rəngini əldə edib. Bununla yanaşı şirkət smartfonun Glyph adlı işıq interfeysi üçün işıq diodlarının sayını artırıb.
Təəssüflər olsun ki, Marcus Brownlee Nothing Phone (2)-nin texniki göstəriciləri barəsində məlumat verməyib. Lakin daha öncəki məlumat sızıntılarına inansaq, smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym OLED ekran, Snapdragon 8+ Gen 1 prosessoru, 12 GB RAM və 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Nothing Phone (2)-nin təqdimatı 11 iyul tarixində baş tutacaq.
Paylaş
Bənzər xəbərlər