Logo
    main-post-cover

    Məşhur insayder: 'Adi iPhone-ların ekranları 120 Hz-lik təsvir yenilənməsini 2025-ci ildə əldə edəcəklər'

    Cihazlar+
    04.04.2023
    Emil
        Məşhur insayder Ross Young Apple şirkətinin bəzi planları barəsində məlumat verib. Onun sözlərinə əsasən şirkət yaxın zamanda adi iPhone modellərinə ProMotion texnologiyasını əlavə etməyi planlaşdırmır. İnsayder bildirib ki, əgər hər şey yolunda getsə, adi iPhone modelləri 120 Hz-lik təsvir yenilənməsi funksiyasını 2025-ci ildə əldə edəcəklər. Belə ki, şirkət adi iPhone modellərini LTPO ekranlarla məhz 2025-ci ildə təchiz etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, şirkət 10-120 Hz-lik təsvir yenilənməsinə sahib ProMotion texnologiyasını 2021-ci ildə iPhone 13 Pro modellərində anons etmişdi. Keçən il satışa çıxmış iPhone 14 Pro modelləri isə 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsini və Always-on-Display funksiyasını dəstəkləyirlər.
    Paylaş
    Bənzər xəbərlər