Logo
    Məşhur insayder Apple AirPods 4 barəsində növbəti məlumatları təqdim edib

    Məşhur insayder Apple AirPods 4 barəsində növbəti məlumatları təqdim edib

    Cihazlar+
    18.12.2023
         Bloomberg saytının məşhur insayderi Mark Gurman 4-cü nəsil AirPods naqilsiz qulaqlığı barəsində növbəti məlumatları təqdim edib. İnsayderin sözlərinə əsasən AirPods 4 iki versiyada təqdim olunacaq və onlar müxtəlif gövdə rənglərinə sahib olacaqlar. Məlumata əsasən bu, həm AirPods 2-ni həm də AirPods 3-ü əvəzləmək üçün atılmış addımdır. İnsayder bildirib ki, AirPods 4-ün iki versiyasından biri özündə ətraf səs-küyün aktiv boğulması funksiyasını birləşdirəcək və baha qiymətə satılacaq versiya məhz o olacaq.
         Qeyd etmək lazımdır ki, hal-hazırda ətraf səs-küyün aktiv boğulması funksiyasına yalnız AirPods Pro modelləri sahibdirlər. Bundan əlavə olaraq Apple AirPods 4-ün dizaynında da dəyişiklik edəcək. Bununla yanaşı yeni naqilsiz qulaqlığın şarj keysi Lightning əvəzinə USB-C girişi ilə təchiz olunacaq. Məlumatda qeyd edilib ki, AirPods 4-ün əsas fərqləndirici özəlliyi ondan ibarət olacaq ki, o, eşitmə aparatının funksionallığına sahib olacaq. Beləliklə istifadəçi AirPods 4-ü üstəlik eşitmə aparatı qismində də istifadə edə biləcək. Çox güman ki, AirPods 4 naqilsiz qulaqlığı gələn ilin sentyabr ayında iPhone 16 smartfon seriyası ilə birgə təqdim olunacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Məşhur insayder Apple AirPods 4 barəsində növbəti məlumatları təqdim edib