Logo
    main-post-cover

    Məşhur insayder ASUS ROG Phone 7-nin texniki özəlliklərini və satış qiymətini açıqlayıb

    Cihazlar+
    29.03.2023
    Emil
        Digital Chat Station ləqəbli məşhur insayder ASUS ROG Phone 7 flaqman gaming smartfonunun texniki göstəriciləri və qiyməti barəsində məlumat verib. Beləliklə insayder bildirib ki, ROG Phone 7 smartfonu 165 Hz-lik təsvir yenilənməsinə sahib 6.78 düym AMOLED ekran ilə təchiz olunacaq. Bununla belə barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya ediləcək. Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 16 GB-a kimi RAM yaddaşını və 512 GB-a kimi daxili yaddaş həcmini birləşdirəcək.
        Kameralar mövzusuna gəldikdə isə ROG Phone 7 modeli 50 MP + 13 MP + 5 MP üçlü arxa kameraya və 32 MP-lik ön kameraya sahib olacaq. Smartfon 65 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı onun gövdəsi IP54 standartı üzrə sudan qorunacaq. Məlumatda qeyd edilib ki, ROG Phone 7-nin qiyməti 580$-dan başlayacaq. Qeyd etmək lazımdır ki, ASUS ROG Phone 7 smartfon seriyasının təqdimatı 13 aprel tarixində baş tutacaq.
    Paylaş
    Bənzər xəbərlər