Logo
    main-post-cover

    Məşhur insayder ASUS ROG Phone 7 Pro-nun rəsmi fotolarını təqdim edib

    Cihazlar+
    05.04.2023
    Emil
        Evan Blass adlı məşhur insayder təqdimata hazırlaşan ASUS ROG Phone 7 Pro smartfonunun və onun üçün nəzərdə tutulmuş aksesuarların rəsmi fotolarını təqdim edib. Fotolardan da görmək olar ki, ASUS ROG Phone 6 Pro ilə müqayisədə ROG Phone 7 Pro-nun dizaynında ciddi bir dəyişiklik olmayacaq. ASUS ROG Phone 7 Pro-nu keçən ilki ROG Phone 6 Pro-dan arxa kamera sahəsinin diqqət çəkməyəcək dərəcədə bir qədər fərqli formada olması fərqləndirəcək.
        Bundan əlavə olaraq ROG Phone 7 Pro-nun arxa panelində müxtəlif animasiyaları əks etdirəcək kiçik ölçülü ekran mövcud olacaq. Həmin ekran daha çox dekorativ simvol daşıyacaq. Ön paneldən ümumiyyətlə heç bir dəyişiklik olmayacaq. Fotolardan birində görmək olar ki, smartfon ekranı üzərində heç bir çıxıntı hissə olmayacaq. Ön kamera isə ekranın yuxarı hissəsində yerləşəcək nazik çərçivədə olacaq. Qeyd etmək lazımdır ki, ASUS Rog Phone 7 smartfon seriyasının təqdimatı 13 aprel tarixində baş tutacaq.
    Paylaş
    Bənzər xəbərlər