main-post-cover

    Məşhur insayder Galaxy Note dizaynına sahib Galaxy S22 Ultra-nın ilk render fotolarını təqdim edib

    Cihazlar+
    26.09.2021
    Emil Nəcəfov
        OnLeaks ləqəbli nüfuzlu insayder Samsung Galaxy S22 Ultra smartfon modelinin ilk render fotolarını təqdim edib. Render fotolardan da görmək olar ki, smartfon Galaxy Note pərəstişkarlarını sevindirəcək. Beləliklə Galaxy S22 Ultra modelinin təqdim edilmiş render fotolarına əsasən o, xarici görünüşcə Galaxy S21 Ultra modelindən fərqlənəcək. Smartfon düzbucaqlı gövdəyə, aşağı və yuxarı hissədən yastı künclərə sahib olacaq. Xarici görünüşcə smartfon keçən ilki Galaxy Note modellərinə bənzəyir.
        Bundan əlavə olaraq Galaxy S22 Ultra modeli S Pen stilusunun dəstəyini əldə edəcək və stilusu smartfon gövdəsindəki xüsusi yerdə yerləşdirmək mümkün olacaq. Bununla yanaşı smartfonun arxa panelində P hərfi formasında kamera dizaynı mövcud olacaq. Render fotolardan görmək olar ki, smartfon dördlü arxa kameraya sahibdir. İnsayderin verdiyi məlumata əsasən Galaxy S22 Ultra modeli 6.8 düym AMOLED ekran ilə təchiz olunacaq. Galaxy S22 smartfon seriyasının təqdimatı gələn ilin əvvəlində baş tutmalıdır.
    Linki kopyala