Logo
    main-post-cover

    Məşhur insayder Galaxy S25 Ultra-nın render fotolarını təqdim edib

    Cihazlar+
    11.09.2024
    Emil
         OnLeaks ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdim olunacaq Samsung Galaxy S25 Ultra-nın render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolar sözügedən smartfonun CAD faylları əsasında hazırlanıb. Bu səbəbdən Ice Universe ləqəbli digər məşhur insayder bildirib ki, render fotolardakı bəzi elementlər həqiqəti əks etdirməyə bilərlər. İnsayderin sözlərinə əsasən Galaxy S25 Ultra-nın əsas arxa kamera halqasının final dizaynı hələ bilinməsə də, render fotolarda kameraların necə yerləşəcəkləri düzgün şəkildə əks olunub.
         Render fotolardan da görmək olar ki, Galaxy S25 Ultra smartfonu bu ilin əvvəlində təqdim edilmiş Galaxy S24 Ultra-dan xarici görünüşcə bir qədər fərqlənəcək. Belə ki, Galaxy S25 Ultra modeli yastı gövdə və ekran dizaynını əldə edəcək və onun künc hissələri iti əvəzinə dairəvi olacaqlar. Bir neçə gün bundan öncə ortaya çıxmış məlumata əsasən Galaxy S25 Ultra-nın uzunluğu 162.8 mm, eni 77.6 mm, gövdə qalınlığı isə 8.2 mm təşkil edəcək. Qeyd etmək lazımdır ki, gələn ilin əvvəlində təqdim olunacaq bu yeni flaqman smartfonun Snapdragon 8 Gen 4 for Galaxy prosessoru vasitəsilə çalışacağı və özündə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.
    Paylaş