
Məşhur insayder Galaxy Z Flip 5-in dizaynını Galaxy Z Flip 4 ilə müqayisə edib
Ice Universe lıqəbli məşhur insayder qatlana bilən qapaqlı Galaxy Z Flip 5-in yeni fotosunu təqdim edərək onun xarici görünüşünü keçən ilki Galaxy Z Flip 4 ilə müqayisə edib. Təqdim olunmuş foto yeni smartfon barəsində daha öncə olmuş məlumat sızıntılarını təsdiqləyir. Belə ki, Galaxy Z Flip 5 həqiqətən də böyük ölçülü xarici ekrana sahib olacaq. Onun 3.4 düym ölçüdə olacağı gözlənilir. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Galaxy Z Flip 4 smartfonu 1.9 düym ölçülü xarici ekran ilə təchiz olunur. Digər texniki özəlliklərə gəldikdə isə Galaxy Z Flip 5-in 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym daxili OLED ekran, Snapdragon 8 Gen 2 prosessoru və 25 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...