
Məşhur insayder Galaxy Z Flip 5-in yeni fotosunu təqdim edib
Ice Universe ləqəbli məşhur insayder Samsung-un növbəti qatlana bilən smartfonları barəsində yeni məlumatları təqdim etməyə davam edir. Bu dəfə insayder Galaxy Z Flip 5-in fotosunu təqdim edib. Fotodan da görmək olar ki, Motorola RAZR 40 Ultra-dan fərqli olaraq Galaxy Z Flip 5 smartfonunun xarici ekranı arxa panelin yuxarı hissəsini tam şəkildə əhatə etməyəcək.
Belə ki, Samsung mühəndisləri ikili arxa kamera üçün bir qədər yer saxlamaq məcburiyyətində qalıblar. Smartfonun sahib olacağı xarici ekranın ölçüsü təqribi olaraq 3.4 düym təşkil edəcək. Digər texniki özəlliklərə gəldikdə isə Galaxy Z Flip 5 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib daxili AMOLED ekran və Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunmalıdır. Qeyd etmək lazımdır ki, Galaxy Z Flip 5-in Galaxy Z Fold 5 ilə birlikdə avqust ayında təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər