Məşhur insayder Google Pixel 8 və Pixel 8 Pro barəsində yeni məlumatlar verib
Google şirkəti bu ilin payız fəslində Pixel 8 smartfon seriyasını təqdim edəcək. Sözügedən seriyaya adi Pixel 8 ilə yanaşı həmçinin Pixel 8 Pro modeli də daxil olacaq. İndi isə Roland Quandt adlı məşhur insayder bu iki smartfonun hansı həcmdə daxili yaddaşa və hansı gövdə rənglərinə sahib olacaqları barəsində məlumat verib. Beləliklə insayderin sözlərinə əsasən adi Pixel 8 modeli Pixel 7 kimi 128/256 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq. Gövdə rənglərinə gəldikdə isə smartfon Licorice, Haze və Peony adlı gövdə rənglərində satışa çıxacaq. Google Pixel 8 Pro modeli isə 512 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq və Licorice, Porcelain və Sky adlı gövdə rənglərində satışa çıxacaq.
Licorice:
Haze:
Peony:
Paylaş
Bənzər xəbərlər