
Məşhur insayder Honor Magic 5 flaqman smartfonu barəsində məlumatlar verib
Cihazlar+
04.11.2022
Emil
Verilmiş məlumata əsasən Honor şirkəti hal hazırda aktiv şəkildə öz yeni flaqman smartfonu üzərində çalışır. Söhbət, Honor Magic 5-dən gedir. Sözügedən smartfon barəsində az sayda məlumat olsa da Digital Chat Station ləqəbli məşhur insayder hazırlanan bu yeni flaqman smartfonun bəzi özəlllikləri barəsində məlumat verib. Beləliklə insayderin sözlərinə əsasən Honor Magic 5 smartfonu bu ay təqdim olunacaq Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon 50 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq.
Əsas arxa kamera həmçinin təsvirin emalı prosessorunu (ISP) özündə birləşdirəcək və həmin prosessor süni zəka texnologiyaları əsasında çalışacaq. Bəzi məlumatlara əsasən Honor Magic 5 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.8 düym ekranla təchiz olunacaq. Həmçinin smartfonun 100 vatt gücündə sürətli naqilli və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyalarını dəstəkləyəcəyi gözlənilir. Böyük ehtimalla smartfonun gövdəsi həmçinin IP68 standartı üzrə sudan qorunacaq. Honor Magic 5 smartfon modelinin nə zaman təqdim ediləcəyi və hansı qiymətə satılacağı barəsində bir məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
