
Məşhur insayder Honor Magic 6 Pro-nun kamera imkanlarından xəbər verib
Cihazlar+
13.12.2023
Emil
Digital Chat Station ləqəbli məşhur insayder hələ təqdim edilməmiş Honor Magic 6 smartfon seriyasına daxil olacaq Magic 6 Pro-nun kamera imkanları barəsində məlumat verib. İnsayderin sözlərinə əsasən Honor Magic 6 Pro smartfonu 1 düym ölçülü OmniVision OV50K kamera sensorunu əldə edəcək. Qeyd etmək lazımdır ki, bu kamera sensorunun əsas rəqibi qismində Sony LYT-900 çıxış edir.
Sony LYT-900 isə öz növbəsində gələn il OPPO Find X7 və Xiaomi 14 Ultra kimi smartfonlarda istifadə edilməlidir. İnsayder bildirib ki, Honor Magic 6 Pro smartfonu OmniVision OV50K ilə yanaşı OmniVision OV50H adlı kamera sensorunu və optik obyektivə sahib 160 MP-lik telekameranı əldə edəcək. İnsayder həmçinin qeyd edib ki, Honor Magic 6 Pro xarici görünüşcə Honor Magic 5 Pro-ya bənzəyəcək. Honor Magic 6 smartfon seriyasının təqdimatı yaxın zamanda baş tutmalıdır.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Honor 90 GT-nin rəsmi olduğu iddia edilən fotosu ortaya çıxıb
Biz artıq dəfələrlə məlumat vermişik ki, Honor şirkəti Honor 90 GT smartfonunun təqdimatına hazırlaşır.

Cihazlar+
Honor 90 GT-nin keyfiyyətli fotosu ortaya çıxıb
Keçən həftə məlumat ortaya çıxmışdı ki, Honor şirkəti Honor 90 GT smartfonunun təqdimatına hazırlaşır.

Cihazlar+
Honor Magic 6 Pro-nun bəzi imkanları açıqlanıb
Heç şübhəsiz Honor şirkəti hal hazırda Honor Magic 6 smartfon seriyasının təqdimatına hazırlaşır.

Cihazlar+
Qatlana bilən smartfonlar bazarı ələ keçirməyə davam edirlər
Display Supply Chain Consultants adlı analitik şirkət bu ilin üçüncü rübü üzrə qatlana bilən smartfonların bütün dünya üzrə satış statistikasını təqdim edib.

Cihazlar+
Honor Magic 6 smartfonlarının nə zaman təqdim olunacaqları açıqlanıb
Heç kim üçün sirr deyil ki, Honor şirkəti hal hazırda Honor Magic 6 smartfon seriyasının təqdimatına hazırlaşır.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
