
Məşhur insayder Huawei Mate 60 barəsində yeni məlumatlar verib
Yaxın zamanda Huawei Mate 60 smartfon seriyasının təqdimatı gözlənilir. Dünən Mate 60-ın daxili konstruksiyasının formasının fotosu ortaya çıxmışdı. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder Mate 60 barəsində bəzi yeni məlumatları təqdim edib. İnsayderin sözlərinə əsasən Mate 60-ın ölçüləri Mate 50-nin ölçüləri ilə eyni olacaq. Bununla yanaşı insayderin verdiyi məlumatlarda qeyd edilib ki, Mate 60 smartfonu 1.5K keyfiyyətli 6.7 düym ekranla təchiz olunacaq. Bununla belə smartfonun ekran ətrafı çərçivələri maksimal dərəcədə nazik olacaqlar. Həmçinin insayder bildirib ki, Mate 60 periskop kamera obyektivinə sahib olacaq. Smartfon kameralarından hansındasa dəyişkən diafraqma özəlliyinin olub-olmayacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər