Logo
    main-post-cover

    Məşhur insayder Huawei Mate 60-ın render fotosunu təqdim edib

    Cihazlar+
    31.07.2023
    Emil
        Huawei şirkətinin yaxın zamanda Huawei Mate 60 smartfon seriyasını təqdim edəcəyi gözlənilir. Digital Chat Station ləqəbli məşhur insayder isə adi Mate 60 modelinin arxa panelini əks etdirən render fotonu təqdim edib. Təqdim edilmiş render fotodan belə qənaətə gəlmək olar ki, Huawei Mate 60 modelində hər hansısa ciddi dizayn dəyişikliyini reallaşdırmayacaq və bu məsələdə Mate 40 smartfon seriyasına geri dönüş edəcək. Söhbət, konkret olaraq adi Mate 40 modelindən gedir.
        Belə ki, render fotodan da görmək olar ki, Mate 60-ın arxa kamera sahəsi Mate 40-da olduğu kimi dairəvi formada reallaşdırılacaq. Sadəcə olaraq Mate 60-da həmin dairəvi sahənin ölçüsü bir qədər böyük olacaq. Bununla yanaşı görmək olar ki, kamera sahəsinin daxilində Leica əvəzinə XMAGE yazısı var. Bu isə o deməkdir ki, Mate 60 vasitəsilə çəkiləcək fotoların emalı prosesi Leica texnologiyası vasitəsilə deyil, Huawei texnologiyası vasitəsilə reallaşdırılacaq. 
    Paylaş
    Bənzər xəbərlər