Logo
    main-post-cover

    Məşhur insayder Huawei Mate 70-in dizaynı barəsində təfərrüatları təqdim edib

    Cihazlar+
    24.09.2024
    Emil
         Huawei şirkətinin Huawei Mate 70 smartfon seriyasını bu ilin sonuna kimi təqdim edəcəyi gözlənilir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu smartfon seriyasının dizaynı barəsində məlumatlar verib. İnsayder öz məlumatlarında konkret smartfon modellərinin adlarını açıqlamasa da, güman edilir ki, söhbət, məhz Huawei Mate 70 seriyasından gedir. Beləliklə insayderin sözlərinə əsasən o, Mate 70 seriyasının prototiplərini görüb. Söhbət, iki ədəd böyük smartfondan gedir.
         İnsayder bildirib ki, onun görmüş olduqları prototiplər 4 tərəfdən əyilmiş dizayna sahib ekranı özlərində birləşdiriblər. Qeyd etmək lazımdır ki, buna bənzər ekran dizaynını biz artıq Huawei Pura 70 smartfon seriyasında görmüşük. Üstəlik insayder bildirib ki, prototiplərdə barmaq izi skanı nədənsə yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bu olduqca qəribə səslənir. Çünki Huawei son illərdə öz flaqman smartfonlarında barmaq izi skanı texnologiyasını birbaşa onların ekranlarına inteqrasiya edir. İnsayder əlavə edib ki, smartfonların arxa panellərində elliptik formalı kamera sahəsi mövcuddur. İnsayder xəbər verib ki, Mate 70 seriyası əvvəlki Kirin prosessorları ilə müqayisədə daha yaxşı enerji effektivliyinə sahib yeni Kirin prosessoru vasitəsilə çalışacaq.
    Paylaş