
Məşhur insayder Huawei Nova 11 smartfonları barəsində məlumatlar verib
Huawei nova 11 smartfon seriyasının təqdimatına az müddət qalmış Digital Chat Station ləqəbli məşhur insayder bu smartfon seriyasına daxil olacaq smartfonlar barəsində bəzi məlumatları təqdim edib. Beləliklə nova 11 seriyasına 3 smartfon daxil olacaq. Nova 11, nova 11 Pro və nova 11 Ultra. İnsayderin sözlərinə əsasən adi nova 11 modeli 6.7 düym OLED ekran, 50 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 60 MP-lik ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Nova 11 Pro modelinə gəldikdə o, 6.78 düym ekran, Snapdragon 778G prosessoru, 60 MP + 8 MP ikili ön kamera və 100 vatt gücündə sürətlli şarj texnologiyasının dəstəyinə sahib batareya ilə təchiz olunacaq. İnsayderin sözlərinə əsasən nova 11 Ultra modeli özündə Pro modelin texniki özəlliklərini birləşdirəcək. Lakin bununla yanaşı nova 11 Ultra daha yaxşı əsas arxa kameranı və peyk şəbəkəsinin dəstəyini əldə edəcək. Qeyd etmək lazımdır ki, nova 11 smartfon seriyası 17 aprel tarixində təqdim ediləcək.
Paylaş
Bənzər xəbərlər