
Məşhur insayder Huawei nova 11 Ultra-nın texniki özəllikləri barəsində məlumat verib
Huawei şirkəti 17 aprel tarixində nova 11 smartfon seriyasını təqdim edəcək. Artıq məlumdur ki, sözügedən seriyaya nova 11 ilə nova 11 Pro modelləri daxil olacaqlar. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder nova 11 Ultra smartfonunun texniki özəllikləri barəsində məlumat verib. Beləliklə insayderin sözlərinə əsasən nova 11 Ultra modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2652x1200 piksel keyfiyyətli 6.78 düym ekran ilə təchiz olunacaq.
Smartfon Snapdragon 778G prosessorunun 4G versiyası vasitəsilə çalışacaq və özündə 100 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Kameralara gəldikdə isə nova 11 Ultra 50 MP + 8 MP + 2 MP üçlü arxa kamera ilə 60 MP + 8 MP ikili ön kameraya sahib olacaq. İnsayder həmçinin qeyd edib ki, nova 11 Ultra modeli peyk şəbəkəsinin dəstəyini özündə birləşdirəcək. Çox güman ki, şirkət nova 11 Ultra-nı nova 11 və nova 11 Pro ilə birlikdə 17 aprel tarixində təqdim edəcək.
Paylaş
Bənzər xəbərlər