
Məşhur insayder iPhone 12-nin təqdimat tarixi barəsində məlumat verib: Gecikmə olacaq
Cihazlar+
30.07.2020
Emil
Bugünə kimi Artıq bir neçə məlumat ortaya çıxıb ki, bu ilki iPhone modelləri bir qədər gecikəcəklər. Görünür, bu məlumat həqiqətə uyğundur. Bu barədə Gagadget saytı xəbər verib. Apple məhsulları barəsində çox zaman dəqiq məlumatlar verən məşhur insayder Jon Prosser qeyd edib ki, iPhone 12 modelləri 12 oktyabr tarixində təqdim olunacaqlar. Bu isə sentyabr ayındakı ənənəvi təqdimatdan 1 ay gecdir. Bundan əlavə olaraq oktyabr ayında yeni iPad modellərinin də təqdim olunacaqları gözlənilir.
Lakin məlum deyil ki, yeni iPhone və iPad modelləri bir təqdimat tədbiri çərçivəsində təqidm olunacaq yoxsa ayrı-ayrı. Qeyd etmək lazımdır ki, bu il 4 ədəd iPhone 12 modelinin təqidm olunacağ gözlənilir: iPhone 12, iPhone 12 Pro, iPhone 12 Max və iPhone 12 Pro Max. Bu ilki iPhone modellərinin əsas özəlliklərindən biri də o olacaq ki, onlar 5G modem ilə təchiz olunacaqlar. Bundan əlavə olaraq təqdim olunacaq iPhone 12 modellərindən ikisinin LiDAR skanerini də əldə edəcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
