
Məşhur insayder iPhone 15-in təqdimat tarixi ilə bağlı yeni məlumat verib
Son günlərdə Apple şirkətinin növbəti təqdimat tədbirinin keçirilmə tarixi barəsində daha çox məlumat ortaya çıxır. Bloomberg saytının məşhur insayderi Mark Gurman da bu mövzu ilə bağlı yeni məlumatlarını təqdim edib. Onun təqdim etmiş olduğu yeni məlumatlara əsasən Apple şirkətinin növbəti təqdimat tədbiri ya 12 sentyabrda ya da 13 sentyabrda baş tutacaq. Adətən Apple öz təqdimatlarını çərşənbə axşamları keçirdir.
Bu məntiqnən şirkətin növbəti təqdimat tədbiri 12 sentyabr tarixində baş tutacaq. Lakin bəzən şirkət təqdimatlarını çərşənbə günlərində də keçirdir. Buna görə də 13 sentyabr tarixini qeydə almamaq lazım deyil. Qeyd etmək lazımdır ki, Apple gələn ay baş tutacaq təqdimatda iPhone 15 smartfon seriyasını, Apple Watch Series 9 və Apple Watch Ultra 2 smart saatlarını təqdim etməlidir. Gurman bildirib ki, təqdim olunacaq yeni iPhone 15 smartfonlarının ön sifarişlərinə 15 sentyabr tarixində, satışlarına isə 22 sentyabr tarixində start veriləcək.
Paylaş
Bənzər xəbərlər