Məşhur insayder iPhone 16 Pro modellərində olacaq yeniliklərdən danışıb

Məşhur insayder iPhone 16 Pro modellərində olacaq yeniliklərdən danışıb

Mobil Cihazlar
08.05.2023 PAYLAŞIM

    Bloomberg saytının insayderi Mark Gurman gələn il təqdim olunacağı gözlənilən iPhone 16 Pro modelləri barəsində məlumatlar verib. Onun sözlərinə əsasən gələn ilki iPhone 16 Pro modellərində Face ID texnologiyası ekranın alt hissəsinə yerləşdiriləcək. Bununla yanaşı sözügedən smartfonlar hansı güclə klikləndiklərini təyin edən sensorlu düymələr ilə təchiz olunacaqlar. Məlumatda qeyd edilib ki, bu cür sensorlu düymələr istifadəçinin onlara hansı güc ilə kliklədiyini təyin edə biləcəklər. Bunun əsasında düymələr müxtəlif əməliyyatları yerinə yetirəcəklər.

    Məsələn bu cür texnologiya əsasında hazırlanacaq düyməyə yüngül şəkildə klikləyən zaman smartfonun səsi ləng şəkildə yüksələcək. Lakin düyməyə daha bərk klikləyən zaman smartfonun səsi daha sürətlə yüksələcək. Mark Gurman bildirib ki, Face ID texnologiyasının ekranın alt hissəsinə yerləşdirilməsi öz növbəsində smartfonların ekranlarında Dynamic Island çıxıntısının ölçülərini kiçiltməyə imkan verəcək. Gələcəkdə isə şirkət ön kameranı da ekranın alt hissəsinə yerləşdirməklə ekran üzərindəki hər hansısa çıxıntıdan imtina edəcək.




DAHA ÇOX


AnTuTu may ayının qiymət-keyfiyyət nisbəti üzrə ən yaxşı Android smartfonlarının..

AnTuTu bençmarkı may ayının qiymət-keyfiyyət nisbəti üzrə ən yaxşı Android smartfonların reytinqləri..


AnTuTu may ayının ən güclü subflaqman smartfonlarının reytinqini təqdim edib..

AnTuTu bençmarkı may ayının ən güclü subflaqman Android smartfonlarının reytinqini təqdim edib...


AnTuTu may ayının ən güclü flaqman Android smartfonlarının reytinqini təqdim edi..

AnTuTu bençmarkı may ayının ən güclü flaqman Android smartfonlarının reytiniqi təqdim edib...


Samsung Galaxy S23 Ultra-nın Exynos 2300 prosessoruna sahib versiyası satışa çıx..

Bir neçə gün bundan öncə Geekbench-in məlumatlar bazasında Samsung-un SM-S919O model nömrəsinə sahib..


Redmi 12-nin render fotosu və bəzi texniki özəllikləri təqidm edilib

Xiaomi-nin Redmi brendi Avropa bazarında Redmi 12 adlı yeni büdcəli smartfonunu təqdim etməyə hazırl..


Nokia C300 smartfonu təqdim edilib - QİYMƏTİ

HMD Global şirkəti Nokia C110 ilə yanaşı Nokia C300 smartfonunu da təqdim edib.

×