
Məşhur insayder iPhone 17 smartfonlarının ekranları barəsində məlumat verib
Cihazlar+
31.05.2023
Emil
Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən gələn ilki iPhone 16 Pro və iPhone 16 Pro Max smartfonları daha böyük ölçülü ekranlarla təchiz olunacaqlar. İndi isə məşhur insayder Ross Young bu məlumatı təsdiqləyib və hətta iPhone 17 seriyası barəsində məlumatları da təqdim edib. Beləliklə insayder bildirib ki, Apple gələn il həqiqətən də iPhone 16 Pro modellərini daha böyük ekranlarla təchiz edəcək. iPhone 16 Pro modeli 6.27 düym, iPhone 16 Pro Max modeli isə 6.86 düym ekranla təchiz olunacaq. Çox güman ki, Apple həmin ekranları 6.3 düym və 6.9 düym kimi qeyd edəcək.
Bununla yanaşı iPhone 16 Pro modellərinin ekranları ənənəvi olaraq 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcəklər və onların üzərində Dynamic Island çıxıntısı olduğu kimi qalacaq. iPhone 16 ilə iPhone 16 Plus modellərinə gəldikdə isə onlar hal hazırda aktual olan iPhone 14 ilə iPhone 14 Plus-ın ekran ölçülərini əldə edəcəklər və 60 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcəklər. İnsayder qeyd edib ki, iPhone 17 Pro ilə iPhone 17 Pro Max modellərində də 6.3 düym ilə 6.9 düym ölçülü ekranlar reallaşdırılacaq.
Lakin onların ekranları üzərində Dynamic Island çıxıntısı olmayacaq. Onların ekranlarında Dynamic Island çıxıntısını kamera üçün nəzərdə tutulmuş kiçik ölçülü çıxıntı əvəz edəcək. Face ID sistemi isə ekranların alt hissəsinə inteqrasiya ediləcək. Adi iPhone 17 ilə iPhone 17 Plus modellərinin ekranlarında Dynamic Island olduğu qalacaq. Lakin onlar sonunda 120 Hz-lik təsvir yenilənməsinin dəstəyini əldə edəcəklər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
